İsmayıllıda "Village français 2022" təlimi təşkil ediləcək

18:15 20.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda Fransız İnstitutu (İFA) 20-24 iyun tarixlərində İsmayıllıda "Village français 2022" təlim tədbirini təşkil edəcək.

Hafta.az-ın yazdığına görə, Azərbaycanın məktəb, lisey və universitetlərinin fransız dili müəllimlərinə ünvanlanacaq təkmilləşdirmə dərsləri Fransanın Bezanson şəhərinin Tətbiqi Dilçilik Mərkəzinin iki təlimçi fransız müəllimi və digər fransız və azərbaycanlı müəllimləri tərəfindən keçiriləcək.

Təlimdə iştirak üçün təlim, yaşayış və qidalanma xərclərini İFA öz üzərinə götürəcək. İştirakçılar isə öz növbələrində yolxərcini qarşılamalı olacaqlar.

Vacib məlumat: təlim müddətində iştirakçılar üçün müsabiqə təşkil ediləcək və qalibə 2022-ci ilin yay aylarında Fransada dilçilik və ya pedaqoqika üzrə təlimdə iştirak üçün səyahət paketi hədiyyə olunacaq.

"Village Français 2022"də iştirak üçün aşağıdakı linkdə göstərilən formanı iyun ayının 1-dək doldurmaq tələb olunur. https://docs.google.com/forms/d/e/1FAIpQLSfaLFVCZUlMUQ1Tvl89g4LURiu50j859UwyXVIxznE-N0GReA/viewform

Qeyd edək ki, yerlər məhdud olduğundan, iyunun əvvəli seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Ətraflı məlumat almaq üçün bu nömrələrə zəng etməklə əlaqə saxlamaq olar: (012) 596 35 80, (051) 207 02 99 və eləcə də [email protected] elektron ünvanına məktub yazaraq müraciət etmək mümkündür.

Oxunma sayı 286