İsmayıllıda yol qəzası - Xəsarət alanlar var

09:00 02.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a bildirilib ki, hadisə rayonun Balik kəndi ərazisində qeydə alınıb. "VAZ-21099" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ" -ın sürücüsü Akif Ağamirov və üç sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.