İspan həkimləri əhalinin D vitamini ilə təmin edilməsini təklif edir

11:59 14.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspan həkimləri əmindirlər ki, dövlət krallığın bütün sakinlərinə az dozada D vitamini paylasaydı, bu, koronavirusun yayılmasının qarşısını almağa və ikinci dalğanı ləngitməyə kömək edərdi.

Hafta.az xəbər verir ki, dünya əhalisinin yarıdan çoxu D vitamininə ehtiyac duyur.

Həkimlərin D vitamininin tətbiqi istiqamətində apardığı təcrübələr artıq müsbət nəticə verir. Məsələn, bu, Kordovadakı Sofiya Kraliçasının xəstəxanasında intensiv terapiyaya ehtiyacı olan xəstələrin sayının azalmasına səbəb olub.

Bundan əvvəl D vitamininin COVID-19-a qarşı mübarizədə səmərəliliyini ingilis alimləri qeyd edilmişdi.