İspaniya ötən il 84 milyon turistlə rekord qırıb

11:28 22.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İspaniyanın Sənaye və Turizm naziri Jordi Hereu deyib ki, Covid-19 epidemiyasından əvvəl -  2019-cu ildə əldə edilmiş ən yüksək turist rekordunun 2023-cü ildə 1,19 faiz artımla yeniliyiblər.

Hafta.az-ın yazdığına görə, bu günədək ölkəyə gələn ən çox turist sayının 2019-cu ildə 83,5 milyon nəfər olduğuna diqqət çəkən nazir Hereu, 2023-cü ildə bu rəqəmin 84 milyona yüksəldiyini vurğulayıb.

Nazir Hereu həmçinin bildirib ki, 2023-cü ildə ümumi turizm gəliri 108 milyard avronu keçərək 2019-cu ildən 17,4 faiz, 2022-ci ildən isə 23,8 faiz çoxdur.

İspaniyalı nazir, fövqəladə bir xarici faktor olmadığı təqdirdə 2024-cü ildə turist sayında və gəlirində yeni rekord gözlədiklərini diqqətə çatdırıb.

Turizmlə bağlı rəsmi və aydın məlumatların gələn həftə Milli Statistika İnstitutu (INE) tərəfindən açıqlanacağı bildirilib. Digər tərəfdən, Madridin 2026-cı ildən etibarən “Formula 1” yarış təqviminə daxil olacağı və rəsmi açıqlamanın yanvarın 23-də veriləcəyi deyilirdi.

Madrid Muxtar Hökumətinin prezidenti İsabel Ayuso "Madriddə dünyanın ən yaxşı “Formula 1” trası olacaq" deyib. “Formula 1” yarışlarının Madrid iqtisadiyyatına 4,5 milyard avro gəlir gətirəcəyi və 8200 nəfərə iş imkanı təmin edəcəyi, yarışların keçiriləcəyi tarixdə 800 min turistin gəlməsinin gözlənildiyi bildirilib.