İspaniyada cəsədləri tibb fakültələrinə 1200 avroya satan qrup üzvləri tutuldu

11:00 31.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İspaniya Milli Polisinin keçirdiyi əməliyyatda yaşları 41-74 arasında olan 4 kişi cəsədləri oğurlayıb satdıqları üçün tutulub.

Hafta.az-ın yazdığına görə, cinayət təşkilatının xəstəxanalarda və ya qocalar evlərində vəfat edən kimsəsiz uşaqların cəsədlərini saxta sənədlər hazırlayaraq qəbul edərək meyit kimi istifadə olunmaq üçün tibb fakültələrinə satdığı bildirilib.

İspaniya polisi, 2023-cü ilin əvvəlində vəfat edən bir şəxsin cəsədinin cənazə evi tərəfindən Valensiyadakı xəstəxananın meyitxanasından qeyri-qanuni olaraq çıxarıldıqdan sonra istintaqa başlanıldığını, xəstəxana qeydiyyatı və sənədlərin idarəyə təqdim olunduğunu qeyd edib. Məlum olub ki, sənədlər saxtadır.

Açıqlamada qeyd olunub ki, sözügedən cinayətkar təşkilat yetim, qoca və ya həyati təhlükəsi olan şəxsləri izləyir, onlar öldükdən sonra saxta sənədlərlə cəsədləri götürərək 1200 avroya tibb fakültələrinə satırlar.