İsrail İranla uzunmüddətli müharibə aparmaq istəmir - RƏY

14:57 16.04.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Aprelin 1-də Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyinə edilən hücumdan sonra, İranın İsrailə hücum təşkil edəcəyi gözlənilirdi”.

Bunu hafta.az-a siyasi şərhçi Vüqar Dadaşov İran-İsrail toqquşması və bunun regiona təsirləri ilə bağlı açıqlamasında bildirib.
V.Dadaşov bildirib ki, Dəməşqdəki İran səfirliyinə hücumdan sonra, ABŞ xüsusi kəşfiyyat orqanları İranın İsrailə hücum edəcəyini açıqlamışdı. İran isə İsrailə hücum etməməsi üçün şərtlərini belə bildirmişdi.

V.Dadaşov hesab edir ki, İkinci Dünya müharibəsindən sonra yeni dünya düzəninin qurulması, dünyanın bölüşdürülməsində İranın taleyi həlledici mərhələdədir. Onun sözlərinə görə, İran siyasi ritorikasında aqressiv, təhdid xarakterli publik bəyanat və çıxışlara üstünlük versə də, reallıqda Qərblə, ABŞ -la müharibədə maraqlı deyil. Çünku, İran bu müharibənin necə nəticələnəcəyinin fərqindədir.

“Aprelin 14-də İran İsrailə kütləvi dron hücumu həyata keçirsə də, İsraillə uzunmüddətli müharibəyə gedən deyil. İranın İsrailə hücumu siyasi nüfuz məsələsi ilə bağlı məcburi cavabdır. İran Dəməşqdəki səfirliyinə hücuma cavab verib və bu məsələnin tezliklə arxa plana keçməsini istəyir. İranın hücumuna reaksiya verən ABŞ prezidenti Co Bayden İsrailə hər bir yardımı edəcəyini açıqlayıb”.

V.Dadaşov bildirib ki, İsrail-Fələstin müharibəsinin getdiyi bir dövrdə İsrail İranla uzunmüddətli müharibə aparmaq istəməz. Ekspert məsələyə bu kontekstdən yanaşaraq, İranın İsrailin Dəməşqdəki səfirliyinə hücum etməsini də qeyri-dəqiq ehtimal adlandırıb.

“Dəməşqdəki İran səfirliyinə hücumda, İranla birbaşa və uzunmüddətli müharibənin aparılmasında ABŞ- İsrail arasında fikir ayrılığı mövcuddur. İran -İsrail müharibəsinin başlanması və davam etdirilməsində ABŞ-la yanaşı, ərəb dünyası və qəribə səslənilsə də Rusiya çox maraqlıdır. Bu, Rusiyanın Ukraynada apardığı müharibənin istəyinə uyğun yekunlaşmasını tezləşdirə bilər. Rusiyanın İranla Cənubi Qafqaz və xüsusən də Ermənistan, Zəngəzur dəhlizi ilə bağlı fikir və mövqe ayrılığı var. Qərbin təzyiqindən sonra İranın Rusiyaya silah köməyini əhəmiyyətli dərəcədə azaltması, Rusiya ilə İran arasında müəyyən soyuqluğa səbəb olub. İran-İsrail müharibəsi Azərbaycanın manevr imkanlarına təsir edib, balanslı, neytral mövqeyinə çətinliklər yaratsa da, nəticə etibarı ilə milli maraqlarını təmin edir".

Siyasət rubrikasından digər xəbərlər