İsrail-Həmas müharibəsində 40 ölkədən 196 nəfər ölüb

11:30 18.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrail Həmas tərəfindən öldürülən və ya girov götürülənlər arasında 40 ölkə vətəndaşının olduğunu bildirib.

Hafta.az-ın yazdığına görə, İsrail hökumətinin yaydığı açıqlamaya görə, hücumda ölən və itkin düşən xarici vətəndaşlar aşağıdakılardır:

ABŞ: 27 ölü, 12 itkin, Almaniya: 12 ölü, 7 itkin, Argentina: 13 ölü, 10 itkin, Avstraliya: 1 itkin, Avstriya: 2 ölü, 1 itkin, Azərbaycan: 3 ölü, 1 itkin, Belarus: 2 ölü, Braziliya: 6 ölü, 4 itkin, Çin: 4 ölü, 2 itkin, Eritreya: 1 itkin, Estoniya: 1 ölü, Filippin: 2 ölü, 2 itkin, Fransa: 20 ölü, 4 itkin, Cənubi Afrika Respublikası: 2 ölü, 1 itkin, Hindistan: 2 ölü, 4 itkin, İngiltərə: 10 ölü, 5 itkin, İrlandiya: 1 ölü, 1 itkin, İspaniya: 2 itkin, İtaliya: 3 ölü, 5 itkin, Kamboca: 1 itkin, Kanada: 5 ölü, 2 itkin, Qazaxıstan: 1 ölü, 2 itkin, Kolumbiya: 2 ölü, Latviya: 1 ölü, Litva: 1 ölü, Moldova: 1 ölü, Nepal: 5 ölü, Özbəkistan: 6 ölü, 3 itkin, Panama: 1 itkin, Paraqvay: 1 ölü, Peru: 1 ölü, Polşa: 1 itkin, Rumıniya: 4 ölü, 1 itkin, Rusiya: 17 ölü, 7 itkin, Şri Lanka: 1 ölü, 1 itkin, Sudan: 1 ölü, Çili: 1 ölü, 1 itkin, Tailand: 15 ölü, 5 itkin, Türkiyə: 3 ölü, Ukrayna: 17 ölü, 6 itkin.

Müharibədə 40 ölkədən ümumilikdə 196 nəfər ölüb, 91 nəfər isə itkin düşüb.

Siyasət rubrikasından digər xəbərlər