İsrail hökuməti fövqəladə vəziyyət rejimini martın 12-dək uzadıb

08:06 02.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsraildə fövqəladə vəziyyət rejimi martın 12-dək uzadılıb.

Hafta.az xəbər verir ki, bu barədə “Kanal 12” telekanalı məlumat yayıb. Bildirilib ki, fevralın 28-də İsrail tərəfindən İrana qarşı hərbi əməliyyatın ilk saatlarında ölkədə fövqəladə vəziyyət elan olunub.

Telekanalın qeyd etdiyi kimi, hərbi kampaniya martın 12-dək başa çatarsa, fövqəladə vəziyyət rejimi daha tez ləğv edilə bilər. Lakin əməliyyatlar həmin tarixədək yekunlaşmazsa, müddətin yenidən uzadılması mümkündür.