İsrail qadınlardan ibarət yeni döyüş bölməsi yaradır

12:38 04.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsrail Müdafiə Qüvvələri gələn ay tamamilə qadınlardan ibarət döyüş bölməsi yaradacağını açıqlayıb. İsrailin TPS-IL informasiya agentliyi yazıb.

Hafta.az xəbər verir ki, ölkənin Livanla sərhədində yerləşəcək həmin bölm kəşfiyyat, həmçinin ön xətt təhlükəsizliyi vəzifəsini yerinə yetirəcək.

İsrail Müdafiə Qüvvələri bildirir ki, qadın döyüşçülərin sayı 2020-ci ildən bəri iki dəfə artırılaraq 2025-ci ildə 8 min 500-ə çatdırılıb və bu addım əməliyyat hazırlığını gücləndirmək üçün görülən genişmiqyaslı islahatların bir hissəsidir.