Yazını böyüt
Yazını kiçilt
Həmasın 7 oktyabr hücumunun ildönümü ilə əlaqədar İsrailin Azərbaycandakı səfirliyində anım mərasimi keçirilib.
Hafta.az xəbər verir ki, bu barədə İsrail səfiri Corc Dik "X" platformasındakı paylaşımında bildirib.
O qeyd edib ki, anım günü ilə bağlı səfirlik binasında İsrail bayrağı yarıyadək endirilib:
“Bu gün biz Bakıdakı səfirlikdə bayrağımızı yarıya endirdik və 7 oktyabr qırğını qurbanlarını emosional xatirə mərasimi ilə yad etdik. Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri, səfirlər və yəhudi icmasının liderləri bizə qoşuldular”.