İsrail yeni COVID-19 ştammına görə sərhədlərini bağlayır

10:25 28.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsrail yeni COVID-19 ştammına görə sərhədlərini bağlayır.

Hafta.az xəbər verir ki, bu qərarı koronavirusun yeni ştammı ilə əlaqədar COVID-19 ilə mübarizə üzrə nazir komissiyası qəbul edib.

Məlumata görə, komissiyanın iclasında İstisnalar Komitəsinin təsdiq etdiyi hallar istisna olmaqla, bütün ölkələrdən olan əcnəbilərin İsrailə girişi qadağan edilməsi barədə qərar qəbul olunub.