Yazını böyüt
Yazını kiçilt
İsrail hökuməti Ukrayna prezidenti Vladimir Zelenskinin Təl-Əvivə səfər tələbini rədd edib.
Hafta.az-ın yazdığına görə, hücumdan sonra İsraili güclü şəkildə müdafiə edən Zelenski “İsrailin özünü müdafiə etmək haqqının mübahisəsiz olduğunu” bildirib.
Hətta Zelenski İsrailə həmrəylik səfəri etmək istədiyini də açıqlayıb. Lakin onun xahişi qəbul edilməyib. “Times of Israel” yəhudi mətbuatına əsaslanaraq yazır ki, Zelenskiyə “vaxt deyil” deyiblər.
İsrail Rusiyanın işğalına qarşı Ukraynaya dəstəyini ifadə edib, lakin Ukraynaya hərbi yardım göstərməkdən çəkinib. Bu vəziyyət tərəflər arasında gərginliyə səbəb olub.
İsrailin Suriyada güclü hərbi mövcudluğu olan Rusiya ilə qarşı-qarşıya gəlmək istəmədiyi düşünülür.