İsraildə beyin yeyən amöb yayılır: yoluxan adam ölür

10:25 26.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bir nəfər beyin yeyən amöbadan dünyasını dəyişdikdən və bir uşaq da analoji şübhə ilə xəstəxanaya yerləşdirildikdən sonra İsraildə 100-dən çox insan səhiyyə müəssisələrinə müraciət edib.

Hafta.az-ın yazdığına görə, yerli media İsrailin şimalında bir su parkında üzən iki nəfərdə beyin yeyən amöba aşkar edildiyini bildirib.

25 yaşında olduğu bildirilən bu şəxslərdən birinin dünyasını dəyişdiyi, vəziyyəti ağır olan 10 yaşlı uşağın isə xəstəxanada müalicəsinin davam etdiyi bildirilib.

Səhiyyə Nazirliyi sözügedən akvaparkın bağlanması barədə göstəriş verib. Həmçinin bildirilib ki, nazirlik son 2 həftə ərzində bu parkı ziyarət edən və hərarət, baş ağrısı və qusma kimi şikayətləri olan şəxslərdən səhiyyə müəssisələrinə müraciət etməyi xahiş edib.

Xəstəxanaya 100-dən çox insanın müraciət etdiyi bildirilib.

"Naegleria fowleri" adlı amöb burun vasitəsilə beyinə keçir. Mütəxəssislər bildirirlər ki, bu cür amöblə yoluxmuş insanların sağ qalma ehtimalı olduqca aşağıdır.