İsraildə həlak olan Azərbaycan əsilli şəxslərin sayı artıb

10:15 17.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olan azərbaycanəsilli şəxslərin sayı açıqlanıb.

XİN-dən hafta.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həlak olan şəxslərin sayı 8-ə çatıb.

 

 

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.