İsrailin yeni hökuməti dekabrın 29-da and içəcək

19:11 26.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İsrailin yeni hökuməti dekabrın 29-da parlament qarşısında and içəcək, Jerusalem Post xəbər verir.

Qəzet İsrailin Likud lideri Benyamin Netanyahunun parlament üzvlərinə göndərdiyi mesajlara istinadən yazıb: “Yeni hökumət Knesset tərəfindən ratifikasiya olunacaq və rəsmi olaraq cümə axşamı günü səlahiyyətlərinin icrasına başlayacaq”.

Qeyd edildiyi kimi, iclas dekabrın 29-da yerli vaxtla saat 11.00-da başlayacaq.