Yazını böyüt
Yazını kiçilt
Hazırda dünyanın bütün ölkələrində işsizlik ən böyük social problem olaraq qalır.
Hafta.az-ın “The World Ranking”ə istinadən yazdığına görə, hazırda işsizliyin ən yüksək olduğu ölkələrin siyahısı dərc olunub.
Siyahıda ilk onluğa Cənubi Afrika Respublikası başçılıq edir. Bu ölkədə işsizlərin nisbəti 32,9 faizdir. Siyahıda ikinci olan İspaniyada işsizlik səviyyəsi 12,29 faiz, üçüncü olan qardaş Türkiyədə 8,5 faizdir.
Argentina 7,7 faizlə dördüncü, Hindistan 7,64 faizlə beşinci, Fransa 7,5 faizlə altıncı, Braziliya 7,1 faizlə yeddinci, İtaliya 6,8 faizlə səkkizinci, Kanada 6,4 faizlə doqquzuncudur.
Siyahıda ilk onluğu 6 faizlə Almaniya 6 tamamlayır.