İstanbul danışıqlarında hansı maddələr üzrə razılığa gəlinmişdi?

09:15 29.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın “Welt Am Sonnag” qəzeti Rusiya ilə Ukrayna arasında 2022-ci il aprelin 15-də İstanbulda keçirilən danışıqlarda razılaşdırıldığını iddia etdiyi müqavilə layihəsini dərc edib. Bu sənədə əsasən, Moskva ilə Kiyev əvvəlcə münaqişənin dayandırılması şərtləri ilə bağlı razılığa gəliblər, lakin sonradan Moskvanın bəzi əlavə tələbləri, məsələn, “dil tələbi” səbəbindən razılaşma masada qalıb.

Hafta.az-ın yazdığına görə, Ukraynanın İstanbul danışıqları zamanı aşağıdakı şərtləri qəbul etdiyi deyilir:

- NATO da daxil olmaqla, istənilən hərbi alyansa üzvlükdən imtina edərək “daimi tərəfsizliyi” saxlamaq;

- Nüvə silahı istehsalından və alınmasından imtina etmək, öz ərazisində xarici qoşunlar yerləşdirməmək və onun sərhədlərindən silah keçirməyə imkan verməmək;

- İnfrastrukturun, o cümlədən hava limanlarının və dəniz limanların başqa dövlətlərin istifadəsinə verilməməsi;

- Xarici dövlətlər tərəfindən keçirilən hərbi təlimlərdə və hər hansı hərbi münaqişədə iştirakdan yayınmaq;

- “Faşizm, Nasizm və təcavüzkar millətçilik” ifadələrinin işlədilməsinin qanuni şəkildə qadağan edilməsi;

- Donetsk və Luqansk vilayətlərinin bir hissəsi Rusiyanın nəzarətində qalır. Krım və Sevastopol limanları təhlükəsizlik əhatəsindən çıxarılıb. Xəbərdə “Bu, yarımadanın ümumiyyətlə Rusiyaya verilməsi demək idi” deyilir.

Bundan əlavə, Moskva Krım və Donbassın bir hissəsi istisna olmaqla, qoşunlarını Ukraynadan çıxarmağa hazır olduğunu bildirib. Qoşunların çıxarılmasının təfərrüatları birbaşa dövlət başçıları arasında müzakirə olunacaq. Ukrayna Silahlı Qüvvələrinin sayı məsələsi də həll olunmamış qalıb. “Əlavə 1”ə görə, Moskva Kiyevdən ordusunun sayını 85 min nəfərə endirməyi tələb edib, Ukrayna isə 250 min nəfərə təkid edib. Bundan əlavə, tərəflər Ukrayna Silahlı Qüvvələrində qalmasına icazə verilən hərbi texnikanın miqdarı ilə bağlı razılığa gələ bilməyiblər.

Bununla belə, danışıqlardan sonra Moskvanın yeni tələblər irəli sürdüyü, Kiyevin isə “Rus dilinin Ukraynada ikinci rəsmi dil olması, sanksiyaların ləğvi və beynəlxalq məhkəmələrdə işlərin geri götürülməsi” kimi tələbləri qəbul etmədiyi bildirilir.

“Welt Am Sonnag”a danışan Ukrayna danışıqlar qrupunun mənbələri, "Bu gün öz formasında razılaşmanın hələ də sərfəli göründüyünü" deyərək, "Bu, yəqin ki, edə biləcəyimiz ən yaxşı razılaşma idi. Geriyə nəzər saldıqda, Ukraynanın belə bir razılaşma əldə etmək üçün indikindən daha güclü mövqeyi olduğunu görə bilərik” deyə bildirib.

Siyasət rubrikasından digər xəbərlər