İstanbul derbisində heç-heçə

23:13 01.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Türkiyə Superliqasının 14-cü turunda İstanbul derbisi baş tutub.

Hafta.az xəbər verir ki, "Fənərbaxça" öz meydanında "Qalatasaray"ı qəbul edib.

Hesabı 27-ci dəqiqədə qonaqların futbolçusu Leroy Sane açıb. Meydan sahibləri isə 90+5-ci dəqiqədə Con Duranın qolu ilə hesabı bərabərləşdirib - 1:1. Oyun bu hesabla da yekunlaşıb.

Bu nəticədən sonra "Qalatasaray" 33 xalla turnir cədvəlinə başçılıq edir. "Fənərbaxça" isə 32 xalla 2-ci pillədə qərarlaşıb.