İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatlarına görə, avqustun 23-də 31,57 faiz olan anbarların doluluq nisbəti dünəndən etibarən 29,78 faizə düşüb. Bu son 9 ilin eyni dövrü ilə müqayisədə ən aşağı göstəricidir.
Hafta.az-ın yazdığına görə, suyun miqdarı İstirancalarda yüzdə 19,23, Terkosda yüzdə 15,97, Sazlıdərədə yüzdə 14,38, Əlibəydə yüzdə 12,64, Büyükçekmecedə yüzdə 9,16, Ömərlidə yüzdə 62,62, Darlıkda yüzdə 44,37, Elmalıda yüzdə 19,67, Papuçdərədə yüzdə 3,84 və Kazandərədə yüzdə 9,35 olaraq ölçülüb.
Maksimum anbar həcmi 868 milyon 683 min kubmetr olan şəhəri su ilə təmin edən bənd və gölməçələrdə suyun miqdarı 258 milyon 68 min kubmetr səviyyəsində qalıb.
2023-cü ildə bəndlərdən başqa şəhəri su ilə təmin edən Yeşilçay və Melendən 525 milyon kubmetr su götürülüb.

İSKİ-nin 29 avqust tarixli statistikasına görə, bənd doluluq nisbətləri 2015-ci ildə yüzdə 69,56, 2016-cı ildə yüzdə 53,33, 2017-ci ildə yüzdə 63,07, 2018-ci ildə yüzdə 62,84, 2019-cu ildə yüzdə 59,70, 2020-ci ildə yüzdə 47,94, 2021-ci ildə yüzdə 58,57, 2022-ci ildə yüzdə 58,9 ikən bugünkü nisbət yüzdə 29,78-dir.
İstanbulu su ilə təmin edən bəndlərin doluluq nisbəti sonuncu dəfə 2 noyabr 2020-ci ildə 30 faizdən aşağı düşüb. Həmin vaxt bəndlərdə ölçülən suyun miqdarı 29,79 olaraq qeydə alınıb.
Ötən ilin eyni dövründə yüzdə 38,96 olan Əlibəy anbarının doluluq nisbəti bu gün 12,64 faizə düşüb. Bu nisbət bənddə son 9 ilin ən aşağı səviyyəsi olaraq qeyd edilib.
Qurumaq həddinə çatan Büyükçəkməcə bəndinin sulaq ərazisində hazırda heyvanlar otlayır. Ötən il 65,74 faiz olan bəndin su doluluq nisbəti bu gün 9,16 faizə düşüb. Sözügedən nisbət avqustun 29-da son 9 ilin ən aşağı səviyyəsi olaraq qeydə alınıb.
Ötən il avqustun 29-da yüzdə 60,24 olaraq ölçülən Darlık bəndinin doluluq nisbəti bu gün 44,37 faizə çatıb. Əvvəlki ilin 29 avqustunda yüzdə 57,24 olan Əlmalı anbarının doluluq nisbəti yüzdə 19,67 ilə son 6 ilin ən aşağı səviyyəsinə düşüb. İstirancalarda keçən il yüzdə 48,11 olan doluluq nisbəti bu gün yüzdə 19,23 olaraq qeyd edilib. 29 avqust 2022-ci ildə yüzdə 59,14 olaraq ölçülən Kazandərə anbarının doluluq nisbəti bu gün 9,35-ə düşüb. Hazırda yüzdə 62,62 olan Ömərli anbarının su doluluq nisbəti isə ötən ilin eyni dövründə yüzdə 63,05 idi.
İstanbula su verən bəndlər arasında suyun səviyyəsi ən aşağı olan bənd Pabuçdərədir.
Ötən il avqustun 29-da bənddə su doluluq nisbəti 48,06 faiz olduğu halda, bu gün cəmi 3,84 faiz olaraq qeydə alınıb. Sazlıdərə anbarında ötən il avqustun 29-da yüzdə 53,02 olan doluluq nisbəti bu gün yüzdə 14,38-ə çatıb. Terkos anbarında isə indi su doluluq nisbəti yüzdə 15,97-dir, hansı ki, ötən ilin eyni dövründə yüzdə 57,54 idi.