İstanbulda naməlum şəxs Qəzzadakı olaylara etiraz olaraq onlarla siçanı “McDonald's”-a buraxdı

14:42 06.11.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İstanbulda naməlum şəxs İsrailin Qəzza zolağındakı hərəkətlərinə etiraz əlaməti olaraq onlarla siçanı “McDonald's” restoranına buraxıb.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Yayımlanan görüntülərdə bir adamın bir qutu siçan gətirərək gəmiriciləri müştərilərlə dolu restorana buraxdığını görmək olar: “Bu siçanları yeyin, müsəlmanların ətini yox”.

Hadisənin həmin kişi üçün nə ilə nəticələnəcəyi hələlik məlum deyil.

Türkiyədə Fələstin tərəfdarı olan vətəndaşların “Starbucks” kafelər şəbəkəsinə və “McDonald's” restoranlar şəbəkəsinə etirazları bir neçə həftədir ki, səngimir. Lakin ciddi nəticə müşahidə olunmur. Eyni zamanda, daha əvvəl “McDonald's”- Türkiyə bəyanat yayaraq İsrail restoranlar şəbəkəsi ilə əlaqəsini inkar etmiş və Qəzza xalqına 1 milyon dollarlıq humanitar yardım göndərdiyini açıqlamışdı.