İstanbulun içməli su ehtiyyatı tükənir: ümid yağışadır

12:00 28.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə tarixinin ən quraq dövrlərindən birini yaşayır. İstanbulda, xüsusən də Avropa səmtində bir çox bəndlər qurumaq üzrədir. Büyükçəkməcə, Kazandərə və Pubuçdərə bəndlərində suyun miqdarı yüzdə 5-in altına düşüb.

Hafta.az-ın yazdığına görə, İstanbulu su ilə təmin edən bəndlərin doluluq nisbəti 22,68 faiz azalıb. Bəndlərin əksəriyyətində kritik hədd hesab edilən səviyyə görünür.

Büyükçəkməcə, Kazandərə və Pubuçdərə bəndlərində su miqdarı yüzdə 5-in altına düşərkən, Avropa səmtindəki ən əhəmiyyətli bəndlərdən biri olan Terkosda suyun səviyyəsi 13 faizin altına düşüb.

Pabuçdərədə suyun səviyyəsi yüzdə 2,92, Kazandərədə yüzdə 4,7, Büyükçəkməcədə 4,94, Sazlıdərədə isə 10,1 faiz olaraq ölçülüb.

İstanbulun ən çox dolu bəndi olan Ömərlidə səviyyə 55 faizdən çoxdur. Buna səbəb isə Melendən bəndə ötürülən sudur...

Mütəxəssislər yaxın günlərdə yağışların yağmayacağı təqdirdə bəzi bəndlərin 10 faiz səviyyəsindən aşağı düşəcəyini bildirirlər.
Digər tərəfdən, istanbulluların sudan istifadəyə diqqət yetirmək və suya qənaəti artırmaqda böyük məsuliyyət daşıdığı bildirilir.