İstanbulun su anbarları 60 faiz dolub

10:28 22.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bir həftədir ki, şəhərə fasilələrlə yağan yağışlar bəndlərdə su doluluq nisbətini artırıb.

Hafta.az-ın yazdığına görə, İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatlarına görə, 11 yanvarda 57,01 faiz olaraq ölçülən bəndlərdəki suyun miqdarı bu gündən etibarən 61,05-ə faizə yüksəlib.

Ən yüksək su doluluq nisbətinə malik bənd yüzdə 87,88 ilə Elmalı anbarı olub. Papuçdərə anbarı 28,79 faiz doluluq nisbəti ilə ən aşağı su səviyyəsinə malik bənd olaraq qeyd edilib.

Suyun miqdarı Əlibəydə 70,3 faiz, Büyükçəkməcədə 52,5 faiz, Darlıkda 75,92 faiz, İstirancalarda 56,15 faiz, Kazandərədə 50,68 faiz, Sazlıdərədə 43,04 faiz, Terkosda 50,57 faiz, Ömərlidə 80,1 faiz4 olaraq ölçülüb.

Hazırda bəndlərdə suyun həcmi 530,3 milyon kubmetr təşkil edib.

Şəhərdə gündəlik su sərfi 2 milyon 901 min 495 kubmetr olaraq qeydə alınıb.

İSKİ-nin statistikasına görə, son 10 ildə 21 yanvar tarixinə bənd doluluq nisbətləri 2014-cü ildə 33,05 faiz, 2015-ci ildə 84,57 faiz, 2016-cı ildə 72,58 faiz, 2017-ci ildə 83,75 faiz, 2010-cu ildə 69 faiz olaraq qeydə alınıb. Son illərə gəlincə, 2019-cu ildə 91,01 faiz, 2020-ci ildə 54,09 faiz, 2021-ci ildə 31,04 faiz, 2022-ci ildə 52,84 faiz, 2023-cü ildə 30,03 faiz təşkil edib.

Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun Meteorologiya Laboratoriyasının rəhbəri Adil Tək, xüsusilə payızın sonuna qədər davam edən keçənilki quraqlığın dekabr ayından başlayan yağışlarla sona çatdığını söyləyib.

İstanbul Texniki Universiteti (İTU) Aeronavtika və Kosmonavtika Fakültəsi Meteorologiya Mühəndisliyi Bölümünün professoru Hüseyn Toros İstanbulda ildə 1,1 milyard kubmetr su istifadə edildiyini də bildirib.

Son 10 ildə su istifadəsinin hər il 20 milyon kubmetr artdığını bildirən Toros, İstanbul bəndləri 100 faiz doluluq səviyyəsinə çatsa belə, su ehtiyacının 200 milyon kubmetr altında olduğunu deyib.

Toros, qalan hissənin Melen və Yeşilçay tərəfindən örtüldüyünü bildirib.