İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatlarına görə, ötən il noyabrın 11-də 16,18 faizə enən anbarlarda doluluq nisbəti son yağışların təsiri ilə artmağa başlayıb. Son bir həftədə 6,40 faiz artan nisbət 70,05 faizə çatıb.
Hafta.az-ın yazdığına görə, suyun miqdarı Əlibəydə 76,6 faiz, Büyükçəkməcədə 66,48 faiz, Darlıkda 85,44 faiz, Elmalıda 89,21 faiz, İstrancalarda 70,33 faiz, Kazandərədə 60,84 faiz, Pabuçdərədə 36,66 faiz, Sazlıda 48,99 faiz, Ölçüdə 48,99 faizdir.
Bu ay bəndlərə düşən yağıntının miqdarı hər kvadratmetrə 145,77 kiloqram olduğu halda, şəhəri su ilə təmin edən bənd və gölməçələrin anbar həcmi 868 milyon 683 min kubmetr, suyun miqdarı isə 608,49 milyon kubmetr olaraq qeydə alınıb.
İstanbul bu il Melen və Yeşilçaydan 64,68 milyon kubmetr su alıb, içməli su təmizləyici qurğulardan da 88 milyon 41 min kubmetr su əlavə edilib. Dünən şəhərdə gündəlik su sərfi 2 milyon 887 min kubmetr olub.