Yazını böyüt
Yazını kiçilt
İstehlaka yararsız və istifadə müddəti bitmiş 48 tona yaxın qida məhsulu məhv edilib.
Bu barədə hafta.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Qeyd edilib ki, “Sun Food” MMC -nin AQTA-ya müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 47.77 ton müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır