İstehlaka yararsız kolbasa və sosiska məmulatları məhv edilib - FOTO

19:35 03.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentlikdən hafta.az-a bildirilib ki, fiziki şəxs Cəfərov Səxavət Ərəstun oğlunun Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 3750 kiloqram kolbasa və sosiska məmulatları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.