İstehlakçılara 100 min manata qədər vəsait qaytarılıb

18:00 12.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sahibkar-istehlakçı münasibətlərinin inkişafına yönəlmiş maarifləndirmə tədbirləri istehlakçı hüquqlarının müdafiəsi sahəsinə öz müsbət töhfəsini verir.

Dövlət Xidmətindən hafta.az-a bildirilib ki, cari ilin yanvar ayında təmin olunmuş müraciətlər üzrə istehlakçılara sahibkarlıq subyektləri tərəfindən 96 min 643 manat vəsait qaytarılıb. Ötən ilin analoji dövrü ilə müqayisədə bu il 6 dəfədən çox artım qeydə alınıb.