Yazını böyüt
Yazını kiçilt
İsveç Müdafiə Nazirliyi Çində mühüm məlumatların sızması təhlükəsi ilə əlaqədar hərbçilərə rəsmi cihazlarda TikTok-dan istifadə etməyi qadağan edib və onu silməyi əmr edib. Bu barədə Sveriges Radio məlumat yayıb.
Tətbiqin istifadəçi seçimləri, eləcə də telefonun yeri haqqında məlumat toplamaq qabiliyyətinin İsveç hərbçilərini bu addımı atmağa məcbur etdiyi bildirilir.
Martın 23-də ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, prezident Co Baydenin administrasiyası ByteDance şirkətinə məxsus Çin sosial şəbəkəsi TikTok-u ölkənin milli təhlükəsizliyinə təhdid hesab edir.