Yazını böyüt
Yazını kiçilt
İtaliyanın yeni baş naziri George Meloni, çox güman ki, noyabrın ilk həftələrində müvafiq “təhlükəsizlik şərtləri” altında Kiyevə səfər edəcək. Hafta.az bildirir ki, bu barədə “La Stampa” məlumat yayıb.
Ukrayna prezidenti ilə telefon danışığı zamanı o, İtaliyanın baş nazirini Kiyevə səfərə dəvət edib. Öz növbəsində Meloni dövlət başçısını hərtərəfli dəstəkləyəcəyinə əmin edib.
İtaliyanın yeni baş nazirinin gündəmindəki ilk məsələlərdən biri NATO-nun baş katibi Yens Stoltenberqlə görüş olacaq.
Hazırda İtaliyanın yeni baş nazirinin Ukraynaya səfərinin dəqiq tarixi yoxdur.