İtkin düşən ana və oğlundan xəbər var

14:44 14.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuzda itkin düşən ana və övladı tapılıb.

 

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verib.

 

Məlumata görə, Tovuz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabr ayının 30-da yaşadığı Aşağı Quşçu kəndindəki evdən çıxaraq bir daha geri qayıtmayan T.A və onun övladı N.Q-nin yeri Bakı şəhərində müəyyən edilərək ailəsinə təhvil verilib.