İtkin düşənlər tapılıb

11:19 18.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ötən gün itkin düşən 14 nəfərin yeri müəyyənləşib.

Bu barədə hafta.az-a DİN-dən məlumat verilib.

Bildirilib ki, fevralın 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.