İTV-nin baş direktorunun səlahiyyət müddəti bitib

12:53 05.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddəti bitib.

Bu barədə hafta.az-a Audiovizual Şuradan məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Audiovizual Şurası İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə sənəd qəbulu elan edir.

Namizədlərə dair şərtlər:

 

Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.

 

 

Namizəd ali təhsilli olmalıdır.

Əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər aşağıdakı sənədləri 06 May 2022-ci il tarixdən 15 May 2022-ci il tarixədək Azərbaycan Respublikası Audiovizual Şurasına (ünvan: Bakı şəhəri, A.M. Şərifzadə küçəsi 315; telefon: 012-598-36-59) təqdim etməlidirlər:

Ərizə;
Tərcümeyi-hal;
Şəxsiyyət vəsiqəsinin surəti;
Əmək kitabçasının surəti;
Kadrların şəxsi uçot vərəqi (doldurulmalı və üzərinə fotoşəkil vurulmalı);
Ali təhsil haqqında dövlət sənədinin (diplomun) surəti.

Oxunma sayı 46
Media rubrikasından digər xəbərlər