“Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan həm Britaniya vətəndaşıdır, həm də Qazaxıstanın fəxri vətəndaşıdır və bu səbəbdən istefa verib”.
Hafta.az xəbər verir ki, bunu yerli telekanallardan birindəki “Pressinq”verilişində Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan söyləyib.
Keçmiş baş nazir əmindir ki, Sarkisyan Nazarbayevlər ailəsinə böyük xidmətlər göstərib. O, eks-prezident Nursultan Nazarbayevin qızı Dariqanın pullarını leqallaşdırıb, Qazaxıstanın dağ-mədən sənayesinə ciddi sərmayələr qoyub. Q.Baqratyanın sözlərinə görə, Armen Sarkisyan Qazaxıstanda aktivlərinin saxlanması məsələsi ilə üzləşib.
“Yəqin ki, o, hətta prezident kimi də həbs olunacağından qorxurdu. Odur ki, ən yaxşı çıxış yolunu istefa verərək Londona qaçmaqda görüb”, - deyə Baqratyan vurğulayıb.