Yazını böyüt
Yazını kiçilt
Avropa İttifaqı (Aİ) ölkələrindən deportasiya edilən Rusiya vətəndaşlarının sayı artıb.
Hafta.az-ın “Eurostat”a istinadən yazdığına görə, 2023-cü ildə 7 mindən çox Rusiya vətəndaşına Aİ ərazisini tərk etmək üçün bildiriş göndərilib.
Qeyd edək ki, ittifaq ərazisindən çıxmaq üçün bildiriş alan Rusiya vətəndaşlarının sayı əvvəlki ilə nisbətən 34 faiz artıb.
2021-ci ildə 4929 Rusiya vətəndaşı, keçən il isə 5380 vətəndaşın qanuni yaşamaq hüququ olmaması səbəbilə AB ölkələrindən ayrılması tələb edilib.
Almaniya ötən il ən çox Rusiya vətəndaşının deportasiya edildiyi ölkələrdən biridir. Almaniyadan 2 min rusiyalı çıxarılıb.
İkinci yerdə Fransa gəlir. Paris 1115 Rusiya vətəndaşını deportasiya edib.