Aİ ölkələri Rusiyaya qarşı razılığa gələ bilmirlər

19:11 15.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı ölkələrinin nümayəndə heyətləri dekabrın 14-ü axşam saatlarında Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi üzrə razılığa gələ bilməyiblər, Reuters diplomatlar arasında olan mənbələrə istinadən xəbər verir.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, danışıqlar aparan tərəflər razılığa yaxın olsalar da, Polşa və bəzi digər ölkələrin etirazlarını aradan qaldıra bilməyiblər. Əsas mübahisə mövzusu gübrə şirkətləri sanksiya siyahısında olan şəxslərə məxsus olsa belə, Aİ-nin Rusiya gübrələrinin Avropa limanlarından keçməsini asanlaşdırmalı olub-olmaması idi.

Bəzi ölkələrin fikrincə, Aİ-nin gübrələrə tətbiq etdiyi məhdudiyyətlər inkişaf etməkdə olan ölkələrin ərzaq təhlükəsizliyini təhdid edir. Onların əleyhdarları iddia edirlər ki, sanksiyaların yumşaldılması gübrə biznesinə sahib olan ruslara Aİ-nin onlara tətbiq etdiyi məhdudiyyətlərdən yan keçməyə imkan verəcək.