Aİ Rusiyanın nüvə silahlarının Belarusda yerləşdirilməsinə cavab verəcək

19:24 27.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı bu ölkəyə qarşı yeni sanksiyalar hazırlayarkən Belarusun öz ərazisində taktiki nüvə silahının yerləşdirilməsi ilə bağlı mövqeyini nəzərə alacaq, Avropa Xarici İşlər Xidmətinin nümayəndəsi Piter Stano bildirib.

O, bir aydan çoxdur ki, Minskə qarşı yeni sanksiyalar paketi hazırlanarkən bu məsələnin nəzərə alınıb-alınmayacağı ilə bağlı sualı cavablandırıb.

“Sanksiyalarla bağlı qərar konkret hərəkətlərlə bağlıdır. Yəni sanksiyalar daha əvvəl müzakirə olunubsa belə, onlar hadisələrin inkişafına və eskalasiyaya uyğunlaşdırılacaq”, - deyə o bildirib.

Stanoya görə, “bu, eskalasiya və Avropa təhlükəsizliyinə təhdid olardı, Aİ-yə üzv dövlətlər tərəfindən cavabsız qalmayacaq. Bu baş verərsə, müvafiq nəticələr də olacaq”.

Yeni sanksiyalar paketinin məzmununa gəlincə, Aİ nümayəndəsi gələcək məhdudlaşdırıcı tədbirlərlə bağlı hər hansı danışıqların məxfiliyini əsas gətirərək bu məsələni şərh etməyib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva və Minsk beynəlxalq öhdəlikləri pozmadan Belarusda taktiki nüvə silahı yerləşdirmək barədə razılığa gəliblər.

Oxunma sayı 106