Yazını böyüt
Yazını kiçilt
Avropa İttifaqı yaxın həftələrdə Rusiyadan neft idxalına embarqo tətbiq edə bilər, lakin bunun dəqiq vaxtı məlum deyil.
Hafta.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Le Mer bildirib.
“Biz Rusiyadan neft tədarükünə qadağa qoyulması məsələsini müzakirə edirik, çünki neft Rusiya üçün əsas valyuta mənbəyidir. O, Rusiyaya gündə 700 milyon dollar gəlir gətirir. Neftin Rusiyadan alınmasına qoyulacaq qadağa onun iqtisadiyyatına və hakimiyyət orqanlarına ciddi zərbə vuracaq. Bunun üçün Avropa İttifaqının bütün üzvlərinin razılığına nail olmaq lazımdır. Hələlik ittifaqın bəzi üzvlərinin bu məsələ ilə bağlı narahatlığı və müqaviməti var” –Brüno Le Mer belə deyib.