ABŞ Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etdiyinə görə İrana qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. Məhdudiyyətlər İrandan Rusiya Federasiyasına silah tədarükü ilə məşğul olan üçüncü şəxslərə də təsir edəcək.
Hafta.az bildirir ki, bu məlumatı ABŞ-ın anonim rəsmi nümayəndəsinə istinadən Politico paylaşıb.
"Biz İranın Rusiyaya hərbi satışları ilə bağlı daha çox iş görəcəyikmi? Tamamilə bəli. Biz iranlılara ukraynalıları öldürməkdə ruslara kömək edən hər kəsə mütləq sanksiyalar tətbiq edəcəyik”, - mənbə bildirib.
Rəsmi həmçinin bildirib ki, Bayden administrasiyası rəsmi Tehranı Rusiyaya PUA satmaqdan çəkinməsi ilə bağlı xəbərdarlıq edib. Lakin İran ABŞ-ın bəyanatlarına məhəl qoymayıb və Rusiya Federasiyasına pilotsuz təyyarələrin çatdırılmaması barədə yalan danışıb.