ABŞ İranın hərbi proqram təchizatçılarına sanksiya tətbiq etdi

09:45 20.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ administrasiyası İranın hərbi proqramları üçün elektron komponentlərin alınmasını asanlaşdıranlara qarşı sanksiya siyahısına 6 təşkilat və 1 nəfəri əlavə edib.

Hafta.az-ın yazdığına görə, ABŞ Maliyyə Nazirliyi tərəfindən edilən açıqlamada Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) hazırda sanksiya altında olan "Pardazan Sistem Namad Arman"ın (PASNA) sədrini və bu şirkəti mal və texnalogiya ilə təchiz edən İran, Malayziya, Honq Konq və Çini hədəf alıb. 

Bu çərçivədə İranın pilotsuz uçuş aparatlarında istifadə edilənlər də daxil olmaqla, hərbi proqramları üçün elektron komponentlərin alınmasına şərait yaradan 6 təşkilat və 1 şəxsə qarşı sanksiya tətbiq ediləcəyi bildirilib.

Açıqlamada İranın pilotsuz təyyarələr və digər silahların yayılmasının Yaxın Şərq və digər bölgələrdə sabitliyi pozmağa davam etdiyi bildirilib, OFAC-ın ötən ildən etibarən ölkənin İHA və raket proqramlarını hədəf alan sanksiyalar tətbiq etdiyi xatırladılıb.

Bəyanatda PASNA-nın baş meneceri Mehdi Xoşqədəm şirkətin sanksiyalardan yayınma səylərinə cavabdeh olduğu, İranda yerləşən AMV AJ, Malayziyada yerləşən PASNA International, Honq-Konqda yerləşən Arttronix və Çindəki Jotrin, Vohom və Yinke şirkətlərin elektron komponentlərinin satışı və daşınmasına görə məsuliyyət daşıdığı deyilir.

ABŞ Maliyyə Nazirliyinin Terrorizm və Maliyyə Kəşfiyyatı üzrə Müşaviri Brayan Nelson, sanksiyaya məruz qalan şəxs və təşkilatların İranın müdafiə sənayesi və İHA proqramı üçün mal və texnologiya tədarük etdiyinə diqqət çəkib.

Siyasət rubrikasından digər xəbərlər