ABŞ Azərbaycana mina axtaran itlər verəcək

18:42 21.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bugünə qədər ABŞ-ın Marşal İrsi İnstitutu Azərbayacana 40 xilasedici minaaxtaran it hədiyyə edib.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb. 

“İtlər mina və partlayıcı sursatların təmizlənməsi əməliyyatlarına cəlb olunub və 30 milyon kvadratmetrdən çox ərazini təmizləyiblər.

Növbəti 1,5 il ərzində ANAMA-ya minatəmizləmə işlərində kömək etmək üçün əlavə xilasedici minaaxtaran 30 it hədiyyə ediləcək”, - səfirliyin məlumatında deyilir.