ABŞ-da yük avtomobilində 46 miqrant boğularaq ölüb

09:39 28.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Texas ştatının San Antonio şəhərində yük avtomobilin qoşqusunda 46 miqrantın cəsədi aşkarlanıb.

Hafta.az "Reuters" agentliyinə istinadla xəbər verir ki, bu barədə şəhərin xilasetmə xidməti məlumat verib.

Bildirilir ki, qoşquda dörd azyaşlı da daxil olmaqla tapılan daha 16 nəfər istilik vurması və hava çatışmazlığı diqanozu ilə xəstəxanaya yerləşdiriblər. Bundan əlavə, üç nəfər polis tərəfindən həbs edilib.

Yük maşını şəhərin cənubunda ucqar ərazidə dəmir yollarının yanında tapılıb. İlkin ehtimala görə, miqrantlar hava çatışmamazlığından həyatlarını itiriblər.

Meksikanın xarici işlər naziri Marselo Ebrard miqrantların yük maşınında boğulmasını "Twitter"-də “Texas faciəsi” adlandırıb və onların milliyyəti təsdiqlənməsə də, yerli konsulluğun hadisə yerinə yollandığını bildirib.

Oxunma sayı 128