ABŞ Gürcüstan və Ermənistanda bioloji silahlar yerləşdirib - Ekoloq

12:24 26.08.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün təbii proseslərə ciddi şəkildə müdaxilə edilir. İri dövlətlər meteroloji, geofiziki silahlardan istifadə edirlər. Buna görə də son illər ildırım, şimşək çaxması hallarının artması heç də təbii proses sayıla bilməz.

Bu fikirləri hafta.az-a  Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov deyib.

Onun sözlərinə görə, bu gün dünyada çirkin oyunlar gedir. Məhz bioloji silahlar nəticəsində təsadüf etmədiyimiz hadisələrlə rastlaşırıq. Amerikanın dünyanın hər yerində bioloji silahı var:

“Elə qonşu Gürcüstanda, Ermənistanda da həmin silahlardan yerləşdiriblər. Yəni, SSRİ dağılandan sonra ABŞ bioloji silahları hər yerə yerləşdiriblər”.

Ekspert həmçinin vurğulayıb ki, ildırım halları çoxaldığından vətəndaşlar bu kimi vəziyyətdə hansı addım atılmalı olduğunu bilməlidirlər: “Bu zaman ağacların yanında və boş ərazilərdə dayanmaq qəti olmaz. Çünki ildırım çaxan zaman hətta iri ağacları da vurub aşıra bilir. Çox zaman məlumatsızlıq ucbatından xeyli itkilər olur. Ona görə də yaxşı olardı ki, bu barədə maarifləndirmə işləri aparılsın və insanlar məlumatlanıdırılsın. Xüsusən kənd yerlərində yaşayanlara və məktəblilərə bu haqda məlumat verilməlidir. Çox vaxt yağışlı havada ildırım çaxan zaman insanlar mal-qara otarırlar. Bu həm insanlar, həm də heyvanlar üçün təhülkəlidir. Bu gün bir çox dünya alimləri qlobal istiləşmənin olduğunu desələr də, iyun ayında bu kimi hallara rast gəlinir. Əgər yay ayında üç güclü ildırım faktı qeydə alınıbsa, deməli iqlimdə dəyişikliklər gedir. Artıq ekoloji problemlər iqlimə təsir edir. Bunun nəticəsində yağıntıların miqdarı  və ildırım kimi təbiət hadisələri getdikcə artır. Əvvəllər bir ildə iki-üç yüz qasırğa, tufan və təbii fəlakət baş verirdisə, indi bu rəqəm üç-dörd minə qalxıb”.