ABŞ HDQ-nin xüsusi təyinatlılarına yeni qayıqlar verildi

11:52 26.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ Hərbi Dəniz Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri (SOF) Quru Döyüş Sualtı (DCS) - mini sualtı qayıqlarını qəbul edib. Bu barədə Lockheed Martin şirkətinə istinadən The Drive məlumat yayıb.

Korporasiya Pentaqona iki mini sualtı qayıq verib, digəri isə hazırlanır.

Mini sualtı qayıqların xüsusiyyətləri haqqında ətraflı məlumat açıqlanmır. Yalnız məlumdur ki, DCS-nin ümumi yerdəyişmə qabiliyyəti 30 ton, uzunluğu 12 metr və maksimum səfər məsafəsi beş düyün sürətlə 120 kilometrdir. Həmçinin bildirilir ki, mini sualtı qayığın 100 metr dərinliyə dalma qabiliyyəti var və onun istismarı üçün üç nəfərlik ekipaj lazımdır. Bundan əlavə, DCS-nin içərisində səkkiz nəfər üçün yer və ya bir tona qədər çəkisi olan uyğun bir yük yeri var. Hazırda böyük desant gəmisindən mini sualtı qayıq buraxıla bilər.