ABŞ hərbi təyyarəsi qəzaya uğrayıb - Ölənlər var

22:00 12.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təlim uçuşu həyata keçirən hərbi təyyarənin qəzaya uğraması nəticəsində 5 ABŞ hərbçisi həlak olub.

Hafta.az-ın məlumatına görə, bu barədə ABŞ Avropa Komandanlığı (ECOM) bildirib.

Məlumata əsasən, hadisə Aralıq dənizinin şərq hissəsində qeydə alınıb.

"Hərbi təlimlər çərçivəsində müntəzəm yanacaq doldurma işləri apararkən, beş hərbçinin olduğu Amerika hərbi təyyarəsi Aralıq dənizində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 5 hərbi qulluqçusunun hamısı həlak olub", - deyə qeyd olunub.