ABŞ ilyarım sonra yenidən Rusiya nefti almağa başladı

11:15 12.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ 2022-ci ilin aprelindən bəri ilk dəfə 2-23-cü ilin noyabrında Rusiya neftini idxal edib.

Hafta.az-ın yazdığına görə, 2022-ci ilin martında Rusiyadan enerji qaynaqlarının idxalına qadağa qoyan ABŞ 2023-cü ilin oktyabr ayında 36,8 min barel Rusiya nefti aldığını bəyan edir. Alınan neftin ümumi dəyəri 2,7 milyon dollar təşkil edib.

Noyabrda xüsusi icazə ilə təxminən 10 min barel neft idxal edib.

ABŞ-ın xarici ticarət statistikası məlumat bazasına görə, 2023-cü ilin noyabrında ölkə 749,5 min dollar dəyərində Rusiya xam nefti idxal edib. Bu, 2022-ci ilin aprelindən bəri ilk dəfədir.

Birləşmiş Ştatlar 2022-ci ilin martında Ukraynaya qarşı hərbi əməliyyatlara görə tətbiq edilən sanksiyalar çərçivəsində Rusiyadan neft, qaz və digər enerji idxalına qadağa qoyub. Bununla belə, bu cür idxal ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) ayrıca lisenziyaları əsasında mümkündür.

Yanvarın 9-da ABŞ Enerji İnformasiya Administrasiyası bu il Brent markalı neftin orta qiyməti ilə bağlı proqnozunu dərc edib. Nazirlikdən verilən məlumata görə, neftin qiyməti 82 dollar/barel təşkil edəcək. Analitiklər bildirirlər ki, Yaxın Şərqdəki qeyri-sabit vəziyyət səbəbindən qiymət artımı və tədarükün kəsilməsi mümkündür.

2022-ci ildə ABŞ və digər G7 ölkələri, həmçinin Aİ, İsveçrə və Avstraliya Rusiyanın gəlirlərini azaltmaq üçün Rusiya neftinə tavan qiymətləri tətbiq ediblər.

Rusiya neftinin barrel üçün 60 dollardan yuxarı qiymətə satıldığı təqdirdə bu ölkələrdə şirkətlərə nəqliyyat, sığorta və maliyyə xidmətləri göstərmək qadağandır. Neft məhsulları üçün tavan növə görə müəyyən edilir: endirimlə satılan dizel üçün 100 dollar, mazut üçün 45 dollar.

Moskva sanksiyaları qeyri-qanuni hesab edir və buna cavab olaraq qiymət həddi tətbiq edən ölkələrə neft vermir. Baş nazirin müavini Aleksandr Novak qiymət limitlərinin tətbiqini səmərəsiz alət kimi qiymətləndirib və bundan son istehlakçıların zərər çəkdiyini bildirib.

ABŞ Energetika Nazirliyinin hesablamalarına görə, yaxın iki ildə qlobal neft istehlakının artımı 2023-cü ilə nisbətən aşağı olacaq. Nazirlik 2024-cü ildə Brent markalı neftin orta qiymətinin əvvəlki ilə təxminən eyni olacağını (barel üçün 82 dollar), 2025-ci ildə isə 79 dollara enəcəyini gözləyir.