ABŞ-ın Rusiya ilə mümkün müharibəyə hazırlaşır

15:51 12.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Pentaqon Rusiya ilə mümkün müharibə vəziyyətində əməliyyat planları hazırlayır, ABŞ hərbçiləri isə ölkənin Ukraynaya yardıma görə sursat çatışmazlığı ilə üzləşə biləcəyindən narahatdırlar. Bu barədə “Foreign Policy” mənbələrə istinadən xəbər verir.

Məqalədə deyilir ki, Konqres Pentaqona hipotetik ABŞ-Rusiya müharibəsi üçün sursat tələblərinə yenidən baxması üçün təzyiq edir. Belə ki, mənbələrə görə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley Konqresin Ukraynaya həddən artıq çox silah göndərməsindən məyusdur.
ABŞ Müdafiə Nazirliyinin Rusiya ilə hipotetik münaqişə üçün əməliyyat planlarına uyğun olaraq, Amerika ordusunun anbarlarında ciddi sayda döyüş sursatı saxlanmalı idi.

ABŞ Müdafiə Nazirliyi artıq əmindir ki, Ukrayna ordusu Vaşinqtondan hərbi yardımı çox sürətlə xərcləyir və bu, qış dövründə Ukrayna Silahlı Qüvvələri üçün müəyyən problemlər yarada bilər.
“Biz Ukraynada sursatın çox sürətli istehlakından narahatıq. Əgər onlar düşünsələr ki, bizim silah-sursat qutumuz doludursa, onları təmin etmək bizim üçün daha da çətinləşəcək. Bu, heç də belə deyil”, - deyə Pentaqonun rəhbərinin Rusiya və NATO üzrə keçmiş köməkçisi Cim Taunsend bildirib.