Yazını böyüt
Yazını kiçilt
ABŞ prezidenti Co Baydenin administrasiyası illər, hətta onilliklər boyu Ukraynada münaqişənin dondurulması ssenarisinə hazırlaşır. Bu barədə Politico nəşrindən məlum olub.
ABŞ rəsmiləri uzunmüddətli dondurma variantlarını, o cümlədən Ukrayna və Rusiyanın keçməməyə razılaşacağı potensial sərhədlərin müəyyən edilməsi qərarını müzakirə edirlər. “Nə Kiyevin, nə də Moskvanın heç vaxt məğlubiyyətini etiraf etməyə meylli olmadığını nəzərə alsaq, bu, uzunmüddətli perspektivdə ən real ola biləcək ssenaridir”, - qəzet qeyd edir.
Politico qeyd edir ki, tərəflərdən heç birinin rəsmi şəkildə sona çatması ilə razılaşmadığı dondurulmuş münaqişə ABŞ və Ukraynanı dəstəkləyən digər ölkələr üçün də siyasi baxımdan məqbul uzunmüddətli nəticə ola bilər.