ABŞ Konqresdən Ukrayna üçün 1,1 milyard dollar istəyir

18:26 30.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ Ukrayna və Moldovada enerji sektoruna dəstək üçün Konqresdən 1,1 milyard dollar istəyib. Hafta.az xəbər verir ki, bu barədə o, Buxarestdə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müvafiq sorğu artıq Konqresə təqdim olunub.

Noyabrın 10-da ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan brifinqdə bildirib ki, ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq.

Onun sözlərinə görə, Kiyevə yeni hərbi yardım paketinə Hawk hava hücumundan müdafiə (AD) sistemləri üçün raketlər, həmçinin Stinger raketləri ilə təchiz edilmiş dörd Avenger hava hücumundan müdafiə sistemi daxil olacaq.