ABŞ-da respublikaçı senator Marko Rubio Çinin qısa video xidməti TikTok-u qadağan edən qanun layihəsi təqdim edib. Bu barədə RBC məlumat yayıb.
Qanun layihəsinin müəllifləri sosial şəbəkənin ABŞ vətəndaşlarına casusluq məqsədilə istifadə oluna biləcəyindən ehtiyat edirlər.
Qanun layihəsi Çin və Rusiya tərəfindən idarə olunan və ya onların təsiri altında olan hər hansı sosial şəbəkə proqramlarına qarşı yönəlib. Rubionun qeyd etdiyi kimi, Çin qanunlarına görə, TikTok-un ana şirkəti ByteDance məlumatı Çin Kommunist Partiyasına təqdim etməlidir.
“Federal hökumət ABŞ istifadəçilərini TikTok təhlükəsindən qorumaq üçün hələ heç bir əhəmiyyətli tədbir görməyib. Söhbət yaradıcı videolardan deyil, hər gün on milyonlarla amerikalı uşaq və böyüklər haqqında məlumat toplayan proqramdan gedir. Biz bunun xəbərləri manipulyasiya etmək və seçkilərə təsir etmək üçün istifadə edildiyini bilirik. Biz bilirik ki, bu, Çin Xalq Respublikasının cavabıdır”, - senator bildirib.
Nümayəndələr Palatasında bu təşəbbüsü respublikaçı Mayk Qallaqer və demokrat Raca Krişnamurti dəstəkləyib.