ABŞ öz ərazisində Ukrayna hərbçilərinin təlimləri keçirə bilər

12:03 23.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ Ukrayna hərbçilərinə öz ərazisində “Patriot” hava hücumundan müdafiə sistemindən istifadə üzrə təlim keçmək, yoxsa kompleksi “üçüncü ölkələrə” göndərmək barədə düşünür.

Politico-nun mənbələrə istinadən verdiyi məlumata görə, hələlik yekun qərar verilməyib. Ancaq Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri həqiqətən Amerikadakı hərbi bazalara göndərilsə, bu, ukraynalıların ABŞ torpaqlarında təlim keçməsi ilə bağlı ilk hadisə olacaq.

Fevralın 24-dən Ukrayna hərbçiləri Şərqi Avropa, Almaniya və Britaniyada təlim keçiblər.
Mənbələrdən birinə görə, Oklahoma ştatının Fort Sill şəhərində təlim keçirməyin mənası var. Təlimatçıların və müasir avadanlıqların əksəriyyəti oradadır.

Avropada da təlim keçirmək olar, lakin logistik baxımdan daha çətin olacaq.