Yazını böyüt
Yazını kiçilt
Birləşmiş Ştatlar Suriyanın şimalında yaraqlılarla patrul xidmətinə başlamaqla PKK-ya dəstəyini davam etdirir. Bu barədə “Yeni Şafak” təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən xəbər verir.
Amerika tərəfinin Türkiyə Silahlı Qüvvələrinin quru əməliyyatı keçirmək niyyətində olduğu ərazilərdə partiya üzvlərini silahlandırdığı izah edilir.
“Suriyanın şimalında PKK düşərgələrinə qarşı əməliyyata hazırlıq gedir.
Terrorçuları yetişdirən ABŞ PKK/YPG ilə patrul əməliyyatlarının bərpa olunduğunu elan etməklə daha bir addım atıb...”, - deyə mənbə bildirib.
Amerika tərəfinin terror təşkilatına “Biz sizinləyik!” mesajı göndərdiyi də iddia edilir.